Wednesday, June 13, 2007

biz böylə bir əcayib insanız

Kimisinə üzük qaşıdır,
bacımın dum-duru gözləri.
kimisinə bıçaq sapıdır,
qardaşımın sümükləri.
Kimisinə sap bəzəyidir,
balamın dişləri.
Kimisinə şallaq hörüldü,
anamın saçları.
Kimisinə çaxır piyalasıdır,
Babamın başkasası.
Kimə nə hey,
Vətəni bir qəpikə satan “PAN”-ız
Biz böylə bir əcayıb insanız!
Dalğa- Xatınöğlu

Hə, əslində biz böylə bir əcayib insanız. Qəzetin keçən sayında demişdim ki, və dönə-dönə vurğulamışdım ki, qədim şahların dərbarında məzələnməyə mə.ğul olan şairlər, rəqqasələr, təlxəklər və digər incəsənət xadimləri, öz mahiyyətini dəyişmədən, 21-ci əsirdə yenə də əvvəlki öhdəliklərini davam edirlər. Hələ jurnalistlərdə hərdən onlara qarışaraq yaralı cəmiyyəti əyləndirməyə çalışır. Güneydə mənim jurnalist, şair, yazıçı və lətifəçi dostum var. Vaxti ilə, it boğuşdurub, xoruz döyüşdürməklə əhaliyə xoş əlval-ruhiyyə bağışlamağa təmənnasız fəaliyyət göstərirdi. Sonra zamam keçdikcə bu ənənəvi, təntənəli mərasimlər millətin stetikasına uyğun olmadığına görə, şairliyə başladı. Məsələn kartofun şərəfinə şeirlər yazdı, Mrarğa şəhərinin soğanını bir xeyli təriflədi və ila-axır. Yaralı millət bir zamandan sonra daha bu sözlərə də meyil göstərmədi. Dostum nəhayət JURNALIST oldu. Özü də satirik yazarından!

Hə, jurnalistlər, yaralı millətin dərdini, problemini və haqqını var gücüilə bağırı. Sonra döyüş marşını zurnasını yoğun tərəfindən də çalır. Dünya hüqüq müdafiəçiləri dollar-dollar qrantlar verib, öz vicdanlarının üstünə sərin su tökürlər. qrantlar kimə gəlir? Hara xərclənir? Bax, həmin məsələ bizim ən böyük problemimizdir.


Yaralı millət sağalmır ki heç, günü-gündən iflasa uğrayır. Mənim köhnə düşüncəli sol təfəkkürlu jurnalist bir dostum var. Demək bu bir dəfə də olsun, öz haqqını almağa, məhz öz şəxsi problemini aradan qaldırmağa, təbrizin valiliyinə gedib, hay-küy etmişdi ki, mənim problemimi həll edin. Demişdilər:” Get, biz özümüz sənin problemini həll edəcəyik”. Qayıdıb, çox şən əhval-ruhiyyə ilə qururlu centelmənlər ki kafedə oturub, bir sulu qəlyan da zakas verdi ki, “ Əşşi, haqq alınmalıdır, verilməli deyil!” soruşduq ki, sənin problemin konkret şəkildə nə idi? Beş barmağın da birdən ağzəna söxdu ki,” Əəəəəəəə, mən heç onlara demədim problemim nədir!”. Indi bu jurnalist həqiqətən məzələnməli deyil? yox, mən demirəm, siz deyin!. Görün jurnalist dostumuz millətin problemini necə qaldırar hələ...
Əslində jurnalist kimə gərəkdir? Özü də bizim kimi ölkələrdə?! Hansı problemi qaldırmağa qadirdir? Yaxud, niyə bəs ciblərindən üşüyür? Özüdə yayın qızmarında!