Monday, June 11, 2007

Yeni bəyannaməmiz

Yeni bəyannaməmiz

Bu gün İran tarixində azadlıq və qadın hüquqlarının pozulmasına ciddi və unudulmayan bir hərəkətin ildönümüdür. Keçən il bu günlərdə, İranda qadınlara azadlıq tələbində olan minlərlə fəal xiyabanlara tökülüb, aksiyalar keçirdilər. Bir çoxları tutuldu, bəziləri məhkəməyə verildi və onların bir çoxuna həbs, cərimə və digər cəzalar kəsildi.

Qadınlar cinayətkar molla rejiminin Axilles dabanıdırlar. Bunu dəfələrlə demişdim. Elə məhz bu nöteye nazardan İran molla rejimi qadınlara göz verib, ışıq vermir. 2006-ci il Mayın 12-də qadın haqlarının pozulması ilə bağlı keçirilən aksiyaların ildönümü ərəfəsəsində, İranda qadın hüquq müdafiəçiləri yeni bəyan namə ilə internetdə imza almağa başlayıb.

Qadınalrın əsirlər boyu məhdudiyyətlərinə, təzyiqlərinə qarşı çıxaıb və haqlarını tələb etmək iddiası iləTehranın “hafte-tir” xiyabanında keçirilən bu aksiyada qadın haqları daha ciddi şəkildə gündəmə çıxdı. Bu aksiyalardan törənən tələbələr aksiyası, bərabərlik üçün “bir milyon imza” kompanisinin fəaliyyətə başlaması və yeni qeyri-rəsmi qadın hüquq müdafiəçi təşkilatlar yarandılar. Ancaq molla rejiminin hədsiz-hesabsız nəzarətləri və repressiyalarına məruz qalanlar da az olmadı. Keçən ildən bəri, biz daha çox tutulmaların, ittihamların, çağırışların, məhkəmələrin və cərimələrin şahidi olduq. Rəsmi statistikalara əsasən, keçən ildən bəri, 121 qadın hüquq müdafiəçisi tutulub, bir milyon dollardan artıq vəsiqə zəmanəti qoyulub, 14 şərtli həbs və 9 qəti həbs cəzası verilib.

Molla rejimi keçən aydan bəri öz repressiyalarını nə təkcə qadın hüquq müdfiəçiləri və qadınlara, bəlkə, bütün İran cəmiyyətinə artırıb. Bir çox qadınlarımız yalnız səliqələri kimi geyindiyinə görə İntizami polis qüvvələrinin inanılmaz reaksiyaları və hücumlarına məruz qaldıb. Rəsmi statistikalara əsasən, İranın müxtəlif bölgələrində indiyədək 14635 qadın tutulub və 67000 nəfərdən iltizam alınıb və tapşırıq verilib. Cinayətkar rejimin bu repressyalardan hədəfi, qadınları qorxudub və onları ictimayi fəaliyyətdən daha artıq məhrum eləmək və uzaqlaşdırmaqdır. Keçən bir ay içində tələbə fəallar daha artıq repressiyalara məruz qalmış. Bundan əlavə bir çox tələbə fəal qızlara universitetə daxil olmağa qadağa qoyulub. Məhdiyə Qolru, mandana Çətri, Fəhimə şucai, Həmidə hüseyni, Məryən Seyidkərimi və Əsəl Əxəvan bir neçə ilə qədər universitetə daxil olmaq haqları yoxdur. Surəyya Darayi və Təyyibə Mirzayi iki müəllimə qadın, aksiyalarda içtirak ediyi üçün həbsxanada saxlanılıb. Bunlardan əlavə qadınların xiyabnalarda polis tərəfindən döyülməsi, təhqir olması və təzyiqlərə məruz qalmasını pisləyən qadın hüquq müdafiəçiləri, bu vəhşiyyətlərə son qoymaq niyyəti ilə iranlı vətəndaşlarını bəyannamənin imzalamğa çağırdı.
Nə isə, bu il də gəlib, çatdı. Qadın hüquq müdafiəçiləri ilə əl-ələ bütün İran rejiminin qəddarlığın, təhlükəsin və terrorçuluğun gğz önünə alaraq, İranda yeni bəyanamə ilə aksiyalar keçirməyə başlayırıq. İranın yarı cəmiyyətini təşkil edən qadınları iflic vəziyyətdən qurtarmaq, olara olan təzyiqlərin qabağın almaq, qadınlara kəsilən vəhşicə cəza növlərinin ( daşqalaq, edam və...) aradan qaldırılması və namusla bağlı qətllərin bitməsi uğrunda çalışmaq, biz İran qadın hüqüq müdafiəçilərin yox, bəlkə, bütün dünya ictimaiyyatının vəzifəsi və məsuliyyətidir. Yaçasın bu hərəkata dəstək olan həqiqi insanlar...