Tuesday, June 12, 2007

Biz böyle bir ecayip insanız!

Biz böyle bir ecayip insanız!

Çal qavalı indi toy əyyamidir
Kim kimədir, soy ha soy əyyamidir
Ə.Sabir

Hə, qardaş! Dünən eşitdiyimə görə, mənim köşə yazılarımın redaktının zəhmətini çəkən Vasif müəllim iş başına gəlməyib. Jurnalist doslarım zarafatca deyirdi ki, Vasif müəllim sənin köşələrini oxuyandan bəri günü-gündən ürəyi zəifləyir, başqa dildə desək, ürək xəstəliyi tutmuş. Hə, haq verirəm! Ancaq nə etməli? Hər gün yüzlərlə edam, cinayət, həbs, terror və bu kimi hadisələrin şahidi olduğum üçün dəhşətli xəbərlər və köşələr yazmaq zorundayam. Əlbəttə bu vəziyyətdən yeganə çıxış yolu da var:” məzələnmək!”.
Məni bir zaman atam yaman qısnamışdı ki:” oğul, get molla ol”. Olmadım də, olmadım! Yoxsa indi özümə görə ADAM olmuşdum. Pulum, evim- eşiyim, qadınım, bir neçə yeniyetmə siğəm və eeeeeeeeh... -ürəyinə düşsün, ovcuna düşməsin- belə-belə imkanlarım varidi. Hələ bunlar bir yana, axirətdə bir qolumda mələk o birisində qılman gəzdiridim ... indi necə? Yayın issisində ciblərimdən üşüyürəm! Təsəvvür edirsiniz? “Cibdən üşümək” sözünü eşitmişdiniz? Mən özüm birinci dəfədir ki, öz dilimdəm eşidirəm. Adam ac, evsiz, imkansız olanda şairlik hissləri qaynamağa başlayır. Məsələn belə-beə poetik ifadələr adamın ağzından, burnunun deşiyindən, qulaqlarından və digər dəlik-deşik orqanlarından qaynayıb buxarlanmağa başlayır. Elə əsil şairlər belə hallarda şah əsərlərin yaradıb. Nə isə...

Hə, deyirdim ki, atam məni molla olmaq zorunda qoydu, qoydu, qoydu amma heç nə alınmadı. Bir dəfə atama dedim ki, bu rejim mollanın özünə də rəhm eləməz! Məsələn, təqlid mərcəi olan Şəriətmədarini öldürmədimi? Bunu da (dırnaq arasında) əlavə edim ki, “təqlid mərcəi” baş mollaya deyərlər, necə deyim? Hə, tapdım, general mollaya deyərlər. Adi mollaları əsgər fərz etsək, təqlid mərcəi general kimidir.
Iranda bu günlər ağla sığmaz hadisələr baş verir. “Burucerdi” adlı həmin general mollaların birisinə edam, onun şöbəsində xidmət göstərən 17 nəfər zabitə( Ayətullah), ofiserə ( qara əmmaməli seyid molla) və əsgərlərinə( adi molla) ağır həbs cəzası kəsilib!. Mən əvvəldən həqiqəti iyləyib taparam! Iyləmək yolu ilə həqiqəti tapmağın nə olduğunu bilirsizmi? 19-cu əsrin ən güclü filosufu Nitçe elə məhz həmin yoldan istifadə edərmiş! Çox da fəlsəfəyə sarı getməyək, qayıdaq elə həmən şairlik aləminə! Beləsinə yaxşıca bir-birimizi başa düşərik. Deyirdim mən ciblərimdən üşüyürəm, özü də yayın qızmarında!

“Arxasız köpəyi bit basar”- deyərlər. Yazıçıya, jurnalistə və belə-belə işlərlə məşğul olan insanlara ölkənin heç bir yerində sığorta yoxdur. Biz elə hər yerdə arxasız qaldıq.
Qədim şahların dərbarında, saraylarında insanları əyləndirən təlxəklər, rəqqasələr, şairlər və lətifə söyləyənlər varımış. Hərdən mənə elə gəlir ki, həmin şairlər, lətifə söyləyənlər və təlxəklər öz mahiyyətini dəyişmədən 21-ci əsrin saraylarında yox, elə cəmiyyət arasında əyləndirici öhdəlikələrinə ciddiyyətlə davam edirlər. bunaların sırasına yazıçılar, jurnalistlər də hərdən qarışıb, bir az meydanda cəmiyyətin başını məşğul edib, əyləndirib, yenədə yerinə qayıdır. Bunu niyə deyirəm? Hmmm, bax, biz hüquq müdafiəçiləri yerə, göyə, təşkilata, dövlətlərə, ictimaiyyata, ofislərə, hətta evlərə, otaqlara, mətbəxlərə, hamamlara və digər yerlərə minlər şikayət məktubu yazırıq, minlər cavab alırıq, bizim hayımıza qrantlar verilir, amma bəlli deyil kimə! Və hara xərcləndiyi özü bir süaldır!? Müdafiə etdiyimiz insanların halında heç bir dəyiçiklik olmur ki olmur...

Ardı var...